AUT.AZ

Gündoğan imzaladı – İki illik, üstəgəl…

İlkay Gündoğan İspaniyanın “Barselona” klubu ilə müqavilə imzalayıb.

Aut.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio  Romano məlumat verib. Mənbənin məlumatına görə, Kataloniya klubunun rəhbərliyi nəhayət ki, almaniyalı ilə müqavilə imzalamaq və qeydiyyatdan keçirmək qərarını təsdiqləyib.

Müqavilə 2025-ci ilin iyun ayına kimi qüvvədə olacaq. Müqaviləyə əməkdaşlığın daha 1 il uzadılması bəndi də daxildir.

Gündoğan 2016-cı ildən çıxış etdiyi “Mançester Siti”də  2022/23 mövsümündə bütün yarışlarda 48 oyuna çıxıb, 9 qol vurub, 4 məhsuldar ötürmə edib.

Aut.az

 

Exit mobile version