AUT.AZ

Əliyar Ağayev Avropa çempionatının açılış matçını idarə etdi

21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatına start verilib.

Aut.az xəbər verir ki, Belçika və Niderland yığmaları arasında keçirilən açılış oyununu Azərbaycanın FIFA referisi Əliyar Ağayev idarə edib.

Tbilisidəki “Mesxi” stadionunda oynanılan A qrupunun matçında qapılara qol vurulmayıb.

Əliyar Ağayev görüş ərzində Belçikanın 3, Niderlandın isə 2 futbolçusuna sarı vərəqə göstərib.

Exit mobile version