AUT.AZ

Qovuldu

Kosovo Futbol Federasiyası milli komandanın baş məşqçisi Alen Jiresslə yolları ayırıb.

Aut.az xəbər verir ki, bu barədə federasiya rəsmi məlumat yayıb. Bu barədə qərar Avro 2024-ün seçmə mərhələsində Belarusa 1:2 hesablı məğlubiyyətdən sonra verilib.

Jiress Kosovo millisini 2022-ci ilin fevralından çalışdırırdı. Onun rəhbərliyi ilə keçirilən 15 oyunda komandası yaınız 4 dəfə qələbə qazanıb. 7 dəfə heç-heçə edən kollektiv, 4 dəfə də uduzub.

Exit mobile version