AUT.AZ

“Qarabağ”ın rəqibin tanıyaq

Çempionlar Liqasında 2023/2024 mövsümünün I təsninat mərhələsinin püşkü atılıb. “Qarabağ” bu mərhələdə Cəbəllütariqin “Linkoln Red İmps” klubu ilə qarşılaşacaq.

Klub 1976-cı ildə yaradılıb. “Linkoln” 27 dəfə ölkə çempionu olmaqla Cəbəllütariqin ən titullu komandasıdır. Komanda ev oyunlarını 5000 tamaşaçı tutumuna malik olan “Victoria Stadium”da keçirirlər.

Cəbəllütariq təmsilçisinin baş məşqçisi Xavi Munyozdur. İspan mütəxəssis bu ilin  yanvar ayından komandanı çalışdırır. Komandanın ümumi dəyəri 1,88 milyon avrodur. Heyətdə 11 legioner var.

“Linkoln Red İmps” 2014-cü ildə ilk dəfə Çempionlar Liqasının təsnifat mərhələsində iştirak edib. Klub 2020/2021 mövsümündə Avropa konfrans Liqasının qrup mərhələsinə yüksəlməyi bacarıb. Kollektiv 2009-2014-cü illər ərzində 88 oyunda məğlub olmayaraq Avropada rekorda imza atıb.

Exit mobile version