AUT.AZ

Millimiz bu dəfə qırğızlarla bacarmadı

Bakıdakı təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

Aut.az xəbər verir ki, Samir Əliyevin baş məşqçi olduğu komanda Qırğızıstanın U-23 yığması ilə qarşılaşıb. “Dalğa Arena” oynanılan görüşdə qalib müəyyənləşməyib – 1:1.

Hesabı 61-ci dəqiqədə Murad Vəliyev açıb. Lakin qonaqlar 79-cu dəqiqədə Mirlan berberdinovun qolu ilə məğlubiyyətdən qaçıblar.

Qeyd edək ki, Azərbaycanın U-21 yığması daha əvvəl türkiyəli həmyaşıdlarına 1:0 hesabı ilə uduzub.

Exit mobile version