AUT.AZ

Messi “İnter Mayami”də bu tarixdə debüt edəcək

Lionel Messinin “İnter Mayami”də debüt edəcəyi vaxt müəyyənləşib.

Aut.az xəbər verir ki, argentinalı forvard ABŞ təmsilçisinin heyətində ilk dəfə iyulun 21-də Meksika təmsilçisi “Kruz Azul”a qarşı oynayacaq. Bu məlumatı klub prezidenti Xorxe Mas da təsdiq edib.

Qeyd edək ki, mövsümün sonunda PSJ-dən ayrılan Lionel Messi iyulun 1-də “İnter Mayami” ilə müqavilə imzalayacaq. Keçid rəsmi olraq təsdiqlənib.

Exit mobile version