AUT.AZ

Azərbaycan millisi və “Neftçi”nin rəqibləri bəlli oldu

İyunun 23-24-də Fransanın Orlean şəhərində 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsi baş tutacaq.

Aut.az xəbər verir ki, bu mərhələdə qadın yığma komandamızla yanaşı, “Neftçi” klubu da mübarizə aparacaq. “Orlean” mərhələsində yığmamız C qrupunda ABŞ və “Yuanda” (Çin), “Neftçi” isə A qrupunda Kanada və İtalya milliləri ilə üz-üzə gələcək.

“Neftçi” ilk oyununu Bakı vaxtı ilə saat 16:00-da Kanada seçməsinə qarşı keçirəcək.

Qadın yığmamızın qrupdakı ilk oyunu isə Bakı vaxtı ilə saat 16:50-də ABŞ millisinə qarşı olacaq.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutmuş komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

Exit mobile version