AUT.AZ

ATF-də yeni vitse-prezident

Azərbaycan Taekvondo Federasiyasının (ATF) İdarə Heyətinin növbəti iclası keçirilib.

Aut.az xəbər verir ki, iclasda cari məsələlər müzakirə olunub.

Həmçinin, ATF-in fəaliyyətinin yüksəldilməsi və idarəetmədə səmərəliliyin artırılması məqsədilə Azərbaycan Taekvondo Federasiyasının prezidenti, İdarə Heyətinin sədri Kəmaləddin Heydərov Federasiyanın vitse-prezidentlərinin say tərkibinin artırılmasını və Səmədov Hikmət Vasif oğlunun vitse-prezident vəzifəsinə namizədliyini təklif edib.

Azərbaycan Taekvondo Federasiyasının Ümumi Yığıncağında təkliflər səsə qoyularaq qəbul edilib.

Beləliklə, H.Səmədov Azərbaycan Taekvondo Federasiyasının yeni vitse-prezidenti seçilib.

Exit mobile version