AUT.AZ

Pulunu verib, ağzını bağlayıblar: Bunları edə bilməz

Lionel Messi Səudiyyə Ərəbistanı hakimiyyətini tənqid edə bilməz.

Aut.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb. Buna səbəb sözügedən ölkənin Turizm Nazirliyi ilə argentinalı hücumçu arasında 2021-ci ildə imzalanan müqavilədir. Sözləşməyə əsasən, Lionel ailəsi ilə ölkədə istirahət etməli və onun sosial şəbəkələrdə reklam formatında paylaşmalı idi. 3 illik müqaviləyə əsasən, o, 25 milyon dollar alacaq.

Futbolçu ilə krallıq arasındakı müqavilədə Messiyə Səudiyyə Ərəbistanı liderlərinin reputasiyasına xələl gətirə biləcək hər hansı bir söz deməyi qadağan edən bənd var.

Ötən ay Leo və ailəsi müqaviləyə uyğun olaraq sözügedən ölkəyə yollanıb və istirahət edib.

Exit mobile version