AUT.AZ

Premyer Liqa klubunun yeni baş məşqçisi açıqlandı

İngiltərənin “Bornmut” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Aut.az xəbər verir ki, Premyer Liqa təmsilçisini Andoni İraola çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 40 yaşlı mütəxəssislə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Andoni İraolanın son iş yeri “Rayo Valyekano” olub. İspan çalışdırıcı “Bornmut”un baş məşqçisi postunda Qari Onili əvəz edib.

Exit mobile version