AUT.AZ

O, “Yuve”ni seçib?

“Liverpul”dan ayrılan Roberto Firmino “Yuventus”a keçə bilər.

Aut.az xəbər verir ki, “Yuve” artıq braziliyalı forvardla şifahi razılıq əldə edib. 31 yaşlı futbolçu A Seriyasında çıxış etməyə müsbət yanaşır. Bu xəbəri “qoca sinyora”nın baş məşqçisi Massimiliano Alleqri də təsdiqləyib.

Turin klubu ötən mövsüm braziliyalını heyətinə qatmaq istəsə də, sonradan “qırmızılar”ın baş məşqçisi Yurgen Klopp futbolçunun transferinə icazə verməmişdi.

Qeyd edək ki, Firmino 2015-ci ildən “Liverpul”da çıxış edirdi. O, klubla bitən müqaviləni yeniləmədiyi üçün hazırda azad agent statusu daşıyır.

Exit mobile version