AUT.AZ

Kazbek Tuayevin yerinə onu təyin etdilər

İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatları Futbol Məktəbinə yeni direktor təyin edilib.

Aut.az-ın əldə etdiyi məlumata görə, uzun illər bu postu tutan Kazbek Tuayevi Mehman Əlimov əvəzləyib.  37 yaşlı mütəxəssis “Neftçi”nin futbol  akademiyasında 2015-ci ildən təşkilati işlər üzrə  menecer vəzifəsində çalışıb. O, daha əvvəl AFFA Futbol Akademiyasının administratoru olub.

UGİM-ə direktorla yanaşı yeni koordinator da təyin edilib. Söhbət Kamen Vasilyevdən gedir. O, gənclər və idman nazirinin müavini Mariana Vasilyevanın həyat yoldaşıdır. 2015-c ildən bu ilin martına kimi “Zirə” klubunda müxtəlif vəzifələrdə çalışıb.

İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatları Futbol Məktəbində bir sıra islahatlar aparılıb. Məktəbə nəzarət Gənclər və İdman Nazirliyinin şöbə müdiri, “Neftçi”nin sabiq icraçı direktoru Elnur Məmmədova tapşırılıb. Məktəbin iki komandası olacaq – “Ulduz” və UGİM. Akademiya Abşeron İdman Kompleksində məskunlaşacaq. Futbolçular burada məşq etməklə yanaşı, təhsil də alacaqlar.

Məqsəd UGİM-i ölkənin ən yaxşı futbol akademiyalarından birinə çevirməkdir.

Aut.az

Exit mobile version