AUT.AZ

Həyat yoldaşı şad xəbər verdi: Komadan çıxıb

PSJ-nin qapıçısı Serxio Riko həyat yoldaşı Alba Silvanın  futbolçunun vəziyyəti ilə bağlı şad xəbəri açıqlayıb.

Aut.az xəbər verir ki, o, futbolçunun komadan çıxdığını bildirib:

“Biz hələ də buradayıq, irəliyə kiçik addımlar atırıq. Əvvəlcə o, işığı ayırd etməyə başladı … Yavaş-yavaş, amma mən əvvəldən bilirdim ki, o, komadan çıxacaq … Amma bu, çətin prosesdir, çox səbir lazımdır”.

Həftəsonu həkimlər 29 yaşlı qolkiperə sakitləşdirici dərmanı verməmək qərarına gəliblər və bu, nəhayət öz bəhrəsini verib. Mayın 28-də baş verən qəzadan sonra düşdüyü süni komadan çıxan PSJ-nin futbolçusu gözlərini açıb, palatada olan yaxınlarını tanıya bilib.

Rikonun durumundan danışan Alba Silva həkimlərə və xəstəxana işçilərinə də təşəkkür edib.

Aut.az

Exit mobile version