AUT.AZ

Lənkəran və Qusar ayağa qalxdı: AFFA-nı yıxıb-sürüyürlər

AFFA-nın İcraiyyə Komitəsinin məlum iclasından sonra növbəti mövsümdə liqalarda mübarizə aparacaq iştirakçı komandaların sayına və adlarına aydınlıq gəldi.

Premyer Liqa ilə Birinci Divizionda 10, İkinci Divizionda 12 komanda yarışacaq.

İcraiyyə Komitəsinin məlum qərarı sosial şəbəkələrdə etirazla qarşılanıb. Xüsusən bölgədə yaşayan azarkeşlər Qusar və Lənkəran təmsilçilərinin Birinci Divizionda olmamasına etiraz edir.

Futbol fanatlarının komitənin qərarına münasibəti bu cürdür:

“Birinci və İkinci Diviziona buraxdığınız klublardan “Xəzər” həm stadion, həm baza, həm də azarkeş sayı baxımından üstündür”.

“Siz dəlisiz? “Qusar” Region Liqasının qalibidir. Onu niyə İkinci Diviziona saldınız, bəs? Onlar çempiondur, Birinci Divizionda olmalı idi. “İrəvan”ı-filan haradan tapıb saldınız ora?”

“Xəzər Lənkəran” haradadır? “Baku Siti”ni gətirib soxmusuz ora. Ayıbdır, vallah”.

Xəzər Lənkəran” haradadır?”

“Saatlını gətirin Birinci Diviziona, Region Liqasının qalibi “Qusar”ı göndərin İkinci Diviziona”.

“Lənkəranı göz görə-görə futbola yaxın buraxmırsız. Qəsdən düşmənçilik edirsiz, bunu hamı bilir”.

Exit mobile version