AUT.AZ

İmkan verməzlər ki, 2-3 klub 5-10 milyard büdcəyə çatsın

UEFA əməkhaqqı və transferlər üzrə büdcə həddini tətbiq etməyi düşünür.

Aut.az xəbər verir ki, bu barədə UEFA prezidenti Aleksander Çeferin bildirib. Qərarın Avropa yarışlarında oynamaq hüququ olan klublara təsir edəcəyi proqnozlaşdırılır.

“Biz istəmirik ki, limitsiz resursları olan iki-üç klub 5-10 milyard büdcəyə çatsın. Belə olsa, rəqabət öləcək, turnirlərə maraq azalacaq.

Demək olar ki, danışdığım bütün klublar bununla razılaşır. Biz hər hansı bir həll yolundan uzağıq, yalnız müzakirə aparırıq”, – Çeferin bildirib.

Aut.az

Exit mobile version