AUT.AZ

Görün bir mövsümdə nə qədər bahalaşıb

Xviça Kvartsxeliu 2022/23 mövsümündə A seriyasında ən çox bahalaşan oyunçu olub.

Aut.az xəbər verir ki, bu barədə “Transfermarkt”ın araşdırmasında məlumat verilir.

Mövsüm ərzində “Napoli”nin cinah oyunçusunun qiyməti 70 milyon avro artıb. Onun hazırkı bazar dəyəri 85 milyon funt sterlinqdir.

İkinci yerdə “Napoli”nin futbolçusu Viktor Osimhen (+55 m, hazırkı qiymət 120 m) qərarlaşıb. Üçüncü yerdə “Napoli”nin müdafiəçisi Kim Min-Cedir (+46 m, hazırkı dəyər 60 m).

Top 10-a bu futbolçular daxil olub: Rasmus Heilund (Atalanta, +40,5 m), Gorco Skalvini (Atalanta, +30 m), Nikolo Faqioli (Yuventus, +28,5 m), Adrien Rabo (Yuventus, +23 m), Andre Onana (İnter, +23 m), Rafael Leau (Milan, +20m) və Stanislav Lobotka (Napoli, +20m).

22 yaşlı gürcü “Napoli”də debüt mövsümündə 43 matçda 14 qol vurub və 17 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version