AUT.AZ

Bu məşhur prezidentin həbsi haqda: Rusiyayönlü siyasətçilərin işidir

Kiyev “Dinamo”sunun, Şotlandiya “Reyncers”in və Ukrayna millisinin keçmiş futbolçusu, hazırda isə UAF-ın vitse-prezidenti Aleksey Mixayliçenko Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Pavelkonun həbsinə münasibət bildirib.

“Biz həbsdən dərhal xəbər tutduq. Burada hamının şokda olduğunu söyləməyə gərək yoxdur. Məhkəmə qərarı millinin oyunundan bir gün əvvəl verildi.

Xatırlatmaq istəyirəm ki, bu işin bütün halları NABU tərəfindən araşdırılıb. Korrupsiyaya qarşı mübarizə aparan məmurlar heç bir sübut tapmadılar. Amma indi belə məlum olur ki, adamı  istintaq təcridxanasına göndərmək üçün “uzaqgörən əsasları” məhz korrupsiya ilə məşğul olanlar tapıblar. UAF-a ilin sonunda başlayan təqiblər pik həddə çatıb.

Bu, həqiqətən də müharibə aparan Ukrayna üçün böyük faciədir. Həm də futbol, beynəlxalq imicimiz üçün. UEFA nümayəndəsi heç bir sübut olmadan həbsə göndərilib. Düşünürəm ki, sivil dünyadan növbəti reaksiya alacağıq.

Çox təəssüf ki, qalib gələn qanun və vicdan deyil, ölkəmizi daxildən məhv edən təzyiqlər, pullar, şantajlar, rusiyayönlü siyasətçilərdir”, – Mixayliçenko bildirib.

Aut.az

Exit mobile version