AUT.AZ

U-21 milli Türkiyəyə uduzdu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası beynəlxalq yoldaşlıq oyununa çıxıb.

Aut.az xəbər verir ki, yığmamız İstanbulda Türkiyənin U-21 millisi ilə qarşılaşıb və 0:1 hesabı ilə məğlub olub.

Millimiz növbəti oyunu iyunun 20-də “Dalğa Arena”da Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək. Görüş saat 19:30-da başlayacaq.

Exit mobile version