AUT.AZ

Pikeni öpmək üçün Mərakeşdən Xorvatiyaya uçan təyyarəni…

Müğənni Şakira Jerar Pike ilə münasibətlərinin ən romantik anı haqda danışıb.

Aut.az xəbər verir ki, Şakira Mərakeşdən Xorvatiyaya uçan təyyarəni Barselonaya endirib ki, Pikeni öpə bilsin:

“Mən ondan Sarı dəli olmuşdum. Mərakeşdən Xorvatiyaya uçduğumu xatırlayıram. Biz Barselona üzərində uçurduq və mən təyyarənin pilotundan xahiş etdim ki, şəhərə eniş etsin ki, mən Jerarla öpüşüm. Bu, indiyə qədər etdiyim ən romantik şeydir”.

Şakira və Pike 12 illik münasibətdən sonra 2022-ci ilin yayında ayrılıblar. Futbolçunun müğənnini aldatdığı bildirilir. Cütlüyün iki oğlu var.

Aut.az

Exit mobile version