AUT.AZ

Millimiz Estoniya ilə də bacarmadı – YENİLƏNİB

Futbol üzrə milli komandamız bu gün AÇ-2024-ün seçmə mərhələsində növbəti oyununa çıxıb.

Aut.az xəbər verir ki, Canni de Byazinin rəhbərlik etdiyi kollektiv F qrupunun 3-cü turunda Estoniyanı qəbul edib. Qrupdakı ilk iki oyununda məğlub olan yığma güc baxımdan münasib rəqib hesab edilən estonlara qalib gəlməli idi. Bu, komandamızın seçmə mərhələdəki ilk ev oyunu idi.

“Dalğa Arena”da keçiriləcək görüş 1:1 hesabı ilə başa çatıb. İlk hissədə qonaqlar Martin Millerin qolu ilə hesabda önə keçib. Yığmamız fasilədən sonra Anton Krivotsyukla hesabı bərabərləşdirib.

Qrupun digər oyununda Belçika evdə Avstriya ilə qarşılaşacaq.

Qeyd edək ki, millimiz Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə məğlub olub.

AÇ-2024-ün seçmə mərhələsi: F qrupu
17 iyun
20:00 Azərbaycan – Estoniya 1:1

Qol: Anton Krivotsyuk, 62 – Martin Miller, 27.
Baş hakim: Andrey Berka (Çexiya)
Bakı, “Dalğa Arena”

Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 4. Bəhlul Mustafazadə, 15. Bədavi Hüseynov, 6. Höccət Haqverdi, 3. Elvin Cəfərquliyev, 8. Emin Mahmudov (k), 20. Aleksey İsayev, 16. Elvin Camalov, 9. Renat Dadaşov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev

Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Yusif İmanov, 2. Amin Seydiyev, 5. Anton Krivotsyuk, 7. Namik Ələskərov, 13. Qismət Alıyev, 14. Rüstəm Əhmədzadə, 17. Toral Bayramov, 18. Çoşqun Diniyev, 19. Filip Ozobiç, 21. Emil Səfərov, 22. Musa Qurbanlı

Baş məşqçi: Canni De Byazi

Estoniya: 12. Karl Yakob Heyn, 2. Myarten Kuusk, 3. Marko Lukka, 4. Mattias Kyayt, 6. Rasmus Peetson, 8. Henri Anier, 14. Konstantin Vassilyev (k), 15. Rauno Sappinen, 17. Martin Miller, 18. Karol Mets, 19. Vlasi Sinyavski

Ehtiyat oyunçular: 1. Matvey İqonen, 22. Karl Andre Vallner, 5. Rokko Robert Şeyn, 7. Georgi Tunyov, 9. Erik Sorqa, 10. Martin Vetkal, 11. Henrik Oyamaa, 13. Mixael Lilander, 16. Sten Reinkort, 20. Markus Poom, 21. Nikita Baranov, 23. Tayo Teniste

Baş məşqçi: Tomas Heberli


22:45 Belçika – Avstriya
Baş hakim: Jerom Brisard (Fransa)

Exit mobile version