AUT.AZ

Heberli: Gözləyirdik ki, Azərbaycan yığması…

Estoniya milli komandası AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində səfərdə Azərbaycanla 1:1 hesablı heç-heçə edib.

Aut.az xəbər verir ki, matçdan sonra təşkil olunan mətbuat konfransında qonaqların baş məşqçisi Tomas Heberli jurnalistlərin suallarını cavablandırıb:

– Heç-heçədən razısız?

– İkinci hissəyə baxsaq, yaxşı qurtardıq. Amma ilk yarıya baxsaq, daha yaxşı nəticə əldə edə bilərdik. Ümumilikdə qarşılıqlı hücumlar oldu.

– Sizcə, ikinci hissə niyə çətin oldu?

– Rəqib hesabda geridə idi, nəsə etmək istəyirdilər. Azərbaycanın ikinci yarıda qapımıza daha çox gələcəyini gözləyirdik. Rəqib yaxşı komandadır. Ümumi götürəndə ilk hissədəki oyunumuzdan razı qaldım. Şanslarımızdan yararlana bilmədik.

– İki hücumçu ilə başlamışdınız, amma sonradan bir hücumçuya keçdiniz. Niyə?

– Belə qərar vermişdik ki, iki hücumçu ilə başlayaq, sonradan belə keçid edək. Səfərdə oynayırdıq. Buna görə də sonradan dəyişikliyə getdik.

– Əvəzetmələrin hamısından niyə istifadə etmədiniz? Nəticədən razı idiniz?

– Müdafiə ilə hücum arasında balansı tapmaq lazım idi. Azərbaycan millisi ikinci hissədə yaxşı mübarizə apardı. Biz ağıllı oynamalıydıq. Ağıllı dəyişiklik etmək istəyiridik ki, oyuna təsir etməsin. Futbolçular çox qaçdılar, mübarizə apardılar.

– Bakıdan bir xalla ayrıldığınız üçün qapıçınıza təşəkkür etməlisiniz? Sizi məğlubiyyətdən xilas etdi…

– Əlbəttə, qəbul edirəm. Qapıçımız kritik seyvlər etdi.

– Sizcə, Estoniyada Azərbaycanı bu oyunla rahat məğlub edə bilərsiniz?

– Bərabər oyun olacaq. Azərbaycan millisi İsveçə qarşı oynamışdı. Keyfiyyət hiss olunurdu. Çətin olacaq. İkinci matçda hava bəlkə Azərbaycanla müqayisədə isti ola bilər. Oyunun bərabər keçəcəyi gözlənilir.

– Azərbaycan millisinin heyətində sizin üçün daha təhlükəli futbolçu kim idi?

– Azərbaycan millisi haqda çox danışmaq istəmirəm. Yaxşı olardı ki, bu sualları onların baş məşqçisinə verəsiniz.

– Əsas hədəfimiz qrup sonuncusu olmamaqdır?

– Oyundan oyuna baxırıq. Bakıda qalib gəlmək istəyirdik. Qrupda hansı yeri tutacağımız önəmli deyil. İstənilən halda, hədəf ilk iki yerdən birini tutmaq olur. Amma iki oyundan bir xal götürmüşük.

Exit mobile version