AUT.AZ

Erməniləri məğlub edib çempion oldular

Sərbəst güləşçimiz Yusif Dursunov  Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında qızıl medal qazanıb.

Aut.az xəbər verir ki, o, finalda ermənistanlı Henrik Haykyana xalların keyfiyyətinə görə (4:4) qalib gələrək titulunu qoruyub və 2-ci dəfə Avropa çempionu olub.

Qeyd edək ki, bu gün Hacı Kərimov da finalda ermənistanlı Samvel Gevorqyanı tam üstünlüklə (13:0) məğlub edərək Avropa çempionu adına yiyələnib.


Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında sərbəst güləşçimiz Hacı Kərimov final görüşünə çıxıb.

Aut.az xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançımız ermənistanlı Samvel Gevorqyanla qarşılaşıb. H.Kərimov tam üstünlüklə (13:0) qalib gələrək Avropa çempionu olub.

 

Qeyd edək ki, 110 kq-da idmançımız Yusif Dursunov finalda Henrik Haykyanla (Ermənistan) üz-üzə gələcək.

Exit mobile version