AUT.AZ

De Byazi deyir: Qovun, gedim

AÇ-2024-ün seçmə mərhələsinin III turunda keçirilən Azərbaycan – Estoniya oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Canni De Byazi jurnalistlərin suallarını cavablandırıb.

Aut.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

– İlk hissəni çox aşağı səviyyədə keçirdik. Oyunumiz heç cür alınmırdı. Düzgün ötürmə verə bilmirdik. Fasilədən sonra dəyişiklik etdik və çox yaxşı oyun göstərdik. Fikirləşirəm ki, daha çoxuna layiq idik. Son dəqiqədə bəxtimiz gətirsəydi, qələbə qazana bilərdik. İki fərqli hissə oldu. İkinci hissə daha yaxşı oynadıq.

– Nəzərə alaq ki, ilk hissədə qapımıza 3 qol vurula bilərdi… Estonların da bəxtinin gətirmədiyini deyə bilərik?
– Razıyam, rəqib ilk hissədə yaxşı oynadı və qollar bilərdi. Lakin fasilədən sonra çox yaxşı oynadıq və qələbəyə layiq idik.

– İlk hissədəki pis oyunun səbəbi əsas heyətin yanlış seçilməsi ola bilər?
– Çoxdan idi 4-2-3-1 sistemi ilə oynayırdıq. Sistemi dəyişsəydim və alınmasaydı, mşni öldürərdiz. Məşqçiyəm, sizi başa düşürəm. Fasilədən sonra komandanı dəyişdik. Bundan başqa, bizdə mövsüm bitib, çox oyunçu yorğundur. Rəqib isə daha hazırlıqlıdır. Yaxşı keyfiyyətlərə malik komandaya qarşı oynadıq. Nəticəyə görə məyusam, amma fasilədən sonrakı oyundan razıyam.

– Ardıcıl qələbələrdən sonra bina inşa etdiyinizi dediz. İki məğlubiyyətdən sonra binanın vəziyyəti necə oldu?
– Bir ağac düşsə daha çox səs edər, yoxsa bütün meşəni yandırmaq? Sən bir ağacı görürsən, amma bütün meşəni yox.

– Millinin bundan sonra uğur qazanacağı gözlənilmir. Bu vəziyyətdə prestijinizə görə getməyi düşünmürsüz?
– Qrupumuza baxın, nə düşünürsüz?

– Ermənistan güclü qrupdadır, dünən də Uelsi məğlub etdilər…
– Mən özümüzdən danışıram.

– De Byazi: Səncə, milli harda olmalıdır?

– Jurnalist: Daha irəlidə.

– De Byazi: Biz barda oturub söhbət etmirik. Futbolda nələr baş verdiyini görürsüz. Qısa müddətdə belə az futbolçu ilə nəsə etmək çətindir.

– Qurban Qurbanov İtaliyada bir klubda belə nəticə göstərsəydi, italyan azarkeşlər nə deyərdi?
– Bu nə sualdır?

– Hər dəfə bir bəhanə söyləyirsiz.
– Mənim xarakterimdə işi yarımçıq qoyub getmək yoxdur. Daha güclü bir millidən təklifim var idi, amma müqaviləmə sadiq qalıb, getmədim.

– Yarımçıq qoysanız, nə olacaq?
– Qovsalar, gedəcəm.

Exit mobile version