AUT.AZ

“Barselona”nın yeni hədəfi

Daha bir futbolçu İspaniya “Barselona”sının maraq dairəsinə düşüb.

Aut.az xəbər verir ki, Kataloniya klubu “Selta”nın yarımmüdafiəçisi Qabriel Veyqanı heyətə cəlb etmək istəyir.  21 yaşlı ispaniyalı futbolçunun keçidi ilə bağlı klublar arasında ilkin danışıqlar da olub.

Viqo təmsilçisi İtaliya və İngiltərə klublarının da diqqət mərkəzində olan futbolçusuna 40 milyon avro qiymət qoyub. Barselonalılar isə qiyməti endirmək üçün danışıqları davam etdirirlər.

Qeyd edək ki, son mövsümdə 40 matçda iştirak edən Veyqa 11 dəfə fərqlənib.

Exit mobile version