AUT.AZ

“Real” “Borussiya”nı dağıdır: Onu da alır

Cud Bellinqemlə müqavilə imzaladıqdan sonra “Real” “Borussiya”nın daha bir futbolçusuna göz dikib.

Aut.az xəbər verir ki, “kral klubu” Kərim Adeyeminin transferi üzərində işlərə başlayıb. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

“Real” təmsilçiləri artıq futbolçunun agentləri ilə danışıqlara başlayıb. Transferin ən azı 80 milyon avroya başa gələcəyi gözlənilir.

Adeyemi bu mövsüm “Borussiya”nın heyətində 32 oyunda 9 qol vurub və 6 məhsuldar ötürmə edib. 21 yaşlı alman vingerin müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Aut.az

Exit mobile version