AUT.AZ

Onunla müqaviləyə xitam verildi – RƏSMİ

“Çelsi” 28 yaşlı fransalı yarımmüdafiəçi Tiemue Bakayoko ilə əməkdaşlığa son qoyduğunu rəsmən açıqlayıb.

Aut.az xəbər verir ki, 2024-cü ilin yayına kimi hesablanan müqaviləyə tərəflərin qarşılıqlı razılığı ilə xitam verilib.

Bakayoko “Çelsi”yə 2017-ci ildə “Monako”dan 40 milyon avroya keçib. Bununla belə, 6 mövsümdən son 5-ni icarə əsasında keçirib – “Milan”, “Monako” və “Napoli”.

Bakayoko bu mövsüm “Milan”ın heyətində cəmi 3 oyuna çıxıb və 39 dəqiqə meydanda olub.

Aut.az

Exit mobile version