AUT.AZ

Messini qucaqlayan azarkeşə elə bir cəza verildi ki… – FOTO

Argentina və Avstraliya yığmaları arasında Pekində keçirilən yoldaşlıq görüşü zamanı meydana qaçan azarkeşə hüquq-mühafizə orqanları cəza verib.

Aut.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Matç zamanı bir azarkeş meydançaya qaçaraq Argentina millisinin hücumçusu Lionel Messini qucaqlayıb, həmçinin qapıçı Emiliano Martinesə “beş” verib.

Azarkeş təhlükəsizlik əməkdaşlarının müşayiəti ilə meydançadan çıxarılıb. O, inzibati qaydada həbs edilib. Onun növbəti 12 ay ərzində idman tədbirlərinə qatılması da qadağan edilib. Bildirilir ki, azarkeş etdiyi hərəkətə görə üzr istəyib və cəzanı qəbul edib.

Aut.az

Exit mobile version