AUT.AZ

“İrəvan”da baş məşqçi dəyişikliyi

Yeni mövsümdən Birinci Divizion iştirak edəcək “İrəvan” iddialılardan biri olacaq. Azərbaycanın tarixi şəhərlərindən birinin adını daşıyan klub bu məqsədlə bir sıra addımlar atır.

Aut.az-ın əldə etdiyi məlumata görə, baş məşqçi postu Premyer Liqa təcrübəsi olan Elbrus Məmmədova tapşırılıb. Vaxtılə “Xəzər Lənkəran”ı çalışdıran UEFA-nın “Pro” kateqoriyalı 51 yaşlı mütəxəssisin qarşısına qoyulan hədəf “İrəvan”ı elitaya daşımaq olacaq.

Məmmədovdan başqa vitse-prezident postuna da təyinat olub. Əvvəlki baş məşqçi Zahid Niyazəliyev bundan sonra sözügedən vəzifəni icra edəcək.

Aut.az

Exit mobile version