AUT.AZ

FİASKO – Yayım hüququnu alan olmadı

İtaliya Futbol Liqasının Baş Assambleyası 2024/2025-ci illər mövsümündə A Seriyasının televiziya yayımı hüquqlarının ehtiyat qiymətini 1,15 milyard avro müəyyən edib.

Aut.az xəbər verir ki, buna baxmayaraq tender zamanı namizədlərin ümumi təklifi tələb olunan məbləğə çatmayıb. İtaliya çempionatının yayımçıları olan DAZN, “Sky” və “Mediaset” (yeni iştirakçı, artıq keçmişdə turnirin oyunlarını yayımlayıb) yayım hüququnu almağa əsas iddiaçılardır. “Amazon”, “Apple”, “Netflix” və digər şirkətlər tenderə maraq göstərməyiblər.

İtalyan futbol bossları minimum 1,2 milyard avro almağa ümid edirdilər, halbuki indiki daxili hüquqların qiyməti 927,5 milyon avrodur. Yayımçılarla danışıqlar davam edir.

Aut.az

Exit mobile version