AUT.AZ

“Barsa” satılır: Qətər və Səudiyyəyə getdi

“Barselona” rəhbərliyi iqtisadi böhrandan çıxış yolları axtarmağa davam edir.

Aut.az xəbər verir ki, kataloniyalılar klubun səhmlərinin 49%-ni satmağı düşünür. Bu barədə jurnalist Xose Alvares məlumat verib.

“Barselona”nın prezidenti Joan Laporta artıq potensial investor axtarışı üçün Qətər və Səudiyyə Ərəbistanına uçub.

İndi “Barselona” qeyri-kommersiya təşkilatıdır və “socios”a – hər biri səhmlərin kiçik bir hissəsinə sahib olan klubun üzvlərinə məxsusdur.

Aut.az

Exit mobile version