AUT.AZ

“Qarabağ”ın keçmiş futbolçusu klubsuz qaldı

Polşanın “Visla” klubu Jakub Jezniçakla yollarını ayırıb.

Aut.az xəbər verir ki, bu barədə Plotsk təmsilçisinin rəsmi saytı məlumat yayıb. 36 yaşlı mərkəz müdafiəçisinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Yakub Jezniçak 2017-2019-cu illər ərzində “Qarabağ”da çıxış edib. Polşalı futbolçu Ağdam təmsilçisində ayrıldıqdan sonra “Visla”ya keçmişdi

Exit mobile version