AUT.AZ

Onu aldılar

“Napoli” “Verona”dan 27 yaşlı hücumçu Covanni Simeoneni alıb.

Aut.az xəbər verir ki, bu barədə “Calcio Napoli 1926”  məlumat yayıb. Mənbənin sözlərinə görə, alqı-satqının məbləği 12 milyon avro olacaq.

Simeone müqavilə ilə “Verona”ya məxsus olsa da, ötən ilin avqustundan icarə əsasında “Napoli”də çıxış edir. 2022/2023 mövsümündə argentinalı forvard neapolluların heyətində bütün yarışlarda 33 oyun keçirib, 9 qol vurub və bir məhsuldar ötürmə edib.

“Transfermarkt” internet portalına görə futbolçunun təxmini dəyəri 15 milyon avrodur.

Exit mobile version