AUT.AZ

İndi də Salaha göz dikiblər: Mərakeşdə görüşdülər

“Liverpul”unun misirli hücumçusu Məhəmməd Salah PSJ-nin maraq dairəsinə düşüb.

Aut.az xəbər verir ki, Paris nəhəngi onu Messinin yerini doldurmaq üçün transfer etmək niyyətindədir.

Fransa klubunun prezidenti Nasser Al-Xelaifi artıq Mərakeşdə Salahla görüşüb. Bundan əlavə, 2022-ci il dünya çempionatından sonra aktiv ünsiyyətdə olublar.

Əl-Xelaifinin Salahı Lionel Messinin əvəzedicisi kimi gördüyü güman edilir. Bununla belə, PSJ Məhəmmədin transferini həyata keçirməyin çox çətin olacağını da bilir.

Salah ötən mövsüm Premyer Liqada 38 oyuna çıxıb, 19 qol vurub, 12 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version