AUT.AZ

Höccət Haqverdinin “Neftçi”də və millidə “dayday”ı kimdir? – ŞOK VİDEO  

Tanınmış menecer Vaqif Heydərli millinin və “Neftçi”nin müdafiəçisi Höccət Haqverdi ilə bağlı şok iddia irəli sürüb.

O, bu faktın üstünü ATV kanalında yayımlanan “Futbolumuz” verlişində açıb. Agent deyib:

“Ötən yay yerli menecerlərdən biri Höccət Haqverdini “Neftçi”yə təklif edir. Danışıqlar başlayır, üstündən bir az keçəndın sonra futbolçu deyir ki, yox, mənim mencerim başqadır.

Məlum olur ki, o, De Byaziyə yaxın olan bir agentdir. Höccət deyir ki, mən “Neftçi”yə yalnız onun vasitəsilə gəlirəm.

Elə də olur. Bu gün heç kim mənə sübut edə bilməz ki, De Byazi Höccəti ala qaşına, ala gözünə görə millidə oynadır.

Kimsə bunu demək istəmir, amma fakt budur. İkisi də bura kənardan gəlib və bir-birlərinə dəstək verirlər. Təəssüf ki, “Neftçi” kimi klubumuz buna alət olur. Təbii ki, bütün bunlardan sonra De Byazi Haqverdini millidə oynadacaq”.

 

Exit mobile version