Futbolçumuz yeni klubunda nə vaxt debüt edəcək?
Bolqarıstanda futbol üzrə ölkə çempionatında 2023/2024 mövsümünün püşkü atılıb.
Aut.az xəbər verir ki, azərbaycanlı müdafiəçi Cəlal Hüseynovun yeni transfer olduğu “Arda” ilk turdakı oyununu evdə keçirəcək.
Cəlal ilk rəsmi debütünü “Çerno More”ylə görüşdə edə bilər. Oyun iyulun 14-də keçiriləcək.
Çempionatın startı iyulun 14-də olacaq, dekabrın 10-da ilk dövrə başa çatacaq. Yaz yarımmövsümü fevralın 18-də başlayacaq və mayın 25-də başa çatacaq, bundan sonra pley-off mərhələsi keçiriləcək. Bolqarıstan kubokunun finalı mayın 15-də keçiriləcək.
