AUT.AZ

40 milyon azdır: “Çelsi” bu təklifi rədd etdi

“Mançester Yunayted” müqaviləsi bir ildən sonra başa çatacaq yarımmüdafiəçi Meyson Maunta görə “Çelsi”yə rəsmi rəsmi təklif göndərib.

Aut.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

“Mançester Yunayted” 40 milyon funt-sterlinq təklif etsə də, rədd cavabı alıb.

Bildirilir ki, Mauntun müqaviləsi ilə bağlı vəziyyəti nəzərə alaraq, Mançester klubu oyunçu üçün “Çelsi”yə 70 milyon vermək fikrində deyil, lakin danışıqları davam etdirməyə hazırdır.

Aut.az

Exit mobile version