AUT.AZ

“Qəbələ”də daha 2 müqavilə

“Qəbələ” daha iki futbolçusu ilə müqaviləni yeniləyib.

Aut.az xəbər verir ki, Ülvi İsgəndərov və Kristof Atanqana növbəti iki mövsümdə də “qırmızı-qara” formanı geyinəcək. Onlarla müqavilələrin müddəti 2025-ci ilin yayına qədər artırılıb.

Ülvi “Qəbələ”nin heyətində 114 oyun keçirib. Onun hesabında 19 qol var. Atanqana isə 15 matça çıxıb.

Xatırladaq ki, “Qəbələ” bunadək daha dörd futbolçusu – İlkin Qırtımov, Urfan Abbasov, Murad Musayev və Emil Səfərovla anlaşmaları da yeniləyib.

Exit mobile version