AUT.AZ

“Neftçi”nin futbolçusu millidə debüt etdi

“Neftçi”nin legioneri Ataa Caber Fələstin millisində debüt edib.

Aut.az xəbər verir ki, o, İndoneziyaya qarşı yoldaşlıq matçında forma geyinib. 28 yaşlı yarımmüdafiəçi 90 dəqiqə meydanda olub. Oyun 0:0 hesabı ilə başa çatıb.

İsrailin U-21 millisinin sabiq kapitanı A.Caber bu ay Fələstin vətəndaşlığı alıb.

O, ötən ilin yayından “Neftçi”də oynayır.

Exit mobile version