AUT.AZ

Fərid Qayıbov Malayziya Olimpiya Şurasının prezidentini qəbul etdi

İyunun 14-də gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan Malayziya Olimpiya Şurasının prezidenti Məhəmməd Norza Zəkəriyyə və Malayziya Badminton Akademiyasının icraçı direktoru Mişel Çayı qəbul edib.

Aut.az xəbər verir ki, qonaqları salamlayan nazir Fərid Qayıbov onları Bakıda görməkdən məmnun olduğunu bildirib, ölkəmizdə idman sahəsində görülən işlər barədə məlumat verib.

Qonaqlar səmimi qəbula görə təşəkkür ediblər. Görüş zamanı iki ölkə arasında badmintonun sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Görüşdə nazir müavini Mariana Vasileva, Azərbaycan Badminton Fedesiyasının prezidenti Taleh Ziyadov və baş katib Ramil Hacıyev iştirak ediblər.

Exit mobile version