AUT.AZ

Cerrard onu yanına aparır

Səudiyyə Ərəbistanının “Əl İttifaq” klubunun baş məşqçisi təyin olunan Stiven Cerrard ulduz futbolçuları yanına aparmaq istəyir.

Aut.az xəbər verir ki, ingilis mütəxəssis “Aston Villa”da çıxış edən Filipe Koutinyo və “Bavariya”nın üzvü Sadio Manenin transferində maraqlıdır. Bu barədə “Tuttomercato” nəşri məlumat yayıb.

Cerrard “Liverpul”un keçmiş oyunçularının keçidi üçün klub rəhbərliyinə müraciət edib.

Qeyd edək ki, “Aston Villa” Filipe Koutinyonu 2022-ci ilin yanvar ayında “Barselona”dan transfer edib. Sadio Mane isə ötən ilin yayında “Liverpul”dan “Bavariya”ya keçib.

Exit mobile version