AUT.AZ

103 milyonluq transferə ironiya etdi: Belə bir oyunçumuz vardı

Toni Kroos “Real”ın Cud Bellinqemi transfer etməsinə münasibət bildirib.

Aut.az xəbər verir ki, Kross ona ödənilən 103 milyona xatırlayaraq Eden Hazardın  transferinə eyham vurub:

“103 milyon avroya transfer? Artıq böyük məbləğdə pula transfer olunan və karyerasını sözün əsl mənasında öldürən bir oyunçumuz var idi. Böyük puldur.

Geriyə baxanda, düşünürəm ki, hamı deyəcək ki, çox da yaxşı transfer olmayıb. Ancaq gəlin müsbət düşünək”.

Eden Hazard 2019-cu ildə 115 milyon avroya “Çelsi”dən “Real”a keçib. O, klubda 76 oyuna çıxıb, 7 qol vurub, 12 məhsuldar ötürmə edib. İyunun əvvəlində “Real” belçikalının klubdan ayrıldığını açıqlayıb.

Aut.az

Exit mobile version