AUT.AZ

Ronaldo ilə Corcina boşanma müqaviləsi bağladı: Detallar

Kriştiano Ronaldo və Corcina Rodriges boşanma müqaviləsi imzalayıb.

Aut.az xəbər verir ki, “TV Guía” müqavilənin təfərrüatlarını dərc edib. Məlumata görə, sənəd 2017-ci ildə Corcinanın böyük qızı Alana Martinaya hamilə olduğu vaxt imzalanıb. Sənədin hazırlanmasına Ronaldonun agenti Xorxe Mendeş cavabdeh olub.

Müqavilədə qeyd olunur ki, Ronaldo ilə ayrılacağı təqdirdə Kriştianonun Madriddəki malikanəsi Corcinonun əmlakı olacaq. Bundan əlavə, portuqaliyalı ona ömürlük ayda 100 min avro ödəyəcək.

O da qeyd olunur ki, ötən ilin iyununda yeni doğulan əkizlərdən birinin ölümündən sonra müqavilənin şərtləri dəyişdirilib.

Aut.az

Exit mobile version