AUT.AZ

O da Messinin ardınca gedir?

“Barselona”nın sabiq müdafiəçisi Jordi Alba karyerasını “İnter Mayami”də davam etdirə bilər.

Aut.az xəbər verir ki, Bu barədə tanınmış insayder Fabritsio Romano özünün “Twitter” səhifəsində yazıb.

Mənbənin sözlərinə görə, Alba bu yay “Barselona”nın və PSJ-nin keçmiş hücumçusu Lionel Messinin keçdiyi “İnter Mayami”nin rəhbərliyi ilə fəal danışıq aparır.

Qeyd olunur ki, hazırkı mərhələdə 34 yaşlı ispaniyalı hələ gələcəyi ilə bağlı qərar verməyib. ABŞ-dan gələn təkliflə yanaşı, Albanın Səudiyyə Ərəbistanı klublarından da dəvətləri var.

Aut.az

Exit mobile version