AUT.AZ

Messi təsdiqlədi: Orada olmayacaq

Argentina millisinin üzvü Lionel Messinin DÇ-2026-da iştirak etmək planı yoxdur.

Aut.az xəbər verir ki, 35 yaşlı hücumçu bu barədə özü açıqlama verib.

“Əvvəlcə də dediyim kimi, növbəti dünya çempionatında oynayacağımı düşünmürəm. Bu barədə fikrim dəyişməyib. Baxmaq istərdim, amma oynamağa hazırlaşmıram.

Dünya çempionatında qalib gəldikdən sonra karyeramdan və onun gedişatından razıyam. Bu, mənim üçün çox vacibdir”, – deyə “tvitter” “All About Argentina” Messidən sitat gətirib.

2026-cı ildə dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək.

 

Exit mobile version