AUT.AZ

“Liverpul”un ən yaxşısı kim oldu?

Braziliyalı qapıçı Alison Bekker “Liverpul”un 2022/2023 mövsümünün ən yaxşı futbolçusu seçilib.

Aut.az xəbər verir ki, mersisayd klubunun rəsmi saytının keçirdiyi və hər kəsin iştirak edə biləcəyi səsvermənin nəticələrinə görə, Alison birinci yeri tutub. Misirli hücumçu Məhəmməd Salah ikinci, müdafiəçi Trent Alexander-Arnold üçüncü olub.

Alison “Liverpul”da olduğu müddətdə ilk dəfə bu mükafata sahib çıxıb. Braziliyalı futbolçu 2018-ci ilin yayında İtaliyanın “Roma” klubundan “Liverpul”a keçib. 2022/2023 mövsümündə Alison 47 oyun keçirib, 17 dəfə qapısını toxunulmaz saxlayıb.

Aut.az

Exit mobile version