AUT.AZ

Estoniya Bakıya yarımcan gəlir

Futbol üzrə Estoniya millisinin 8 oyunçusu Bakıda Azərbaycan yığmasına qarşı keçiriləcək AÇ-2024-ün seçmə mərhələ oyununu buraxacaq.

Aut.az xəbər verir ki, bu barədə Estoniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Yoonas Tam, Sergey Zenyov, Artur Pikk, Maksim Paskoçi, Morko Lipp, Ken Kallaste, Henrik Pürq və Markus Soomets Azərbaycanla oyunda komandaya kömək edə bilməyəcəklər. Müdafiəçi olan Tamm şəxsi səbəblərə görə komandanın düşərgəsinə qoşulmayıb. Digər 7 oyunçu isə zədə səbəbindən yığmaya kömək edə bilməyəcək.

Xatırladaq ki, iyunun 17-də Bakıda Azərbaycan millisinin qonağı olacaq Estoniya seçməsi 3 gün sonra evdə Belçikanı qəbul edəcək.

Exit mobile version