AUT.AZ

Erməniyə qalib gəlib finala çıxdı

Azərbaycanın yunan-Roma güləşçisi Turan Daşdəmirov Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında finala yüksəlib.

Aut.az xəbər verir ki, 45 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarımfinalda ermənistanlı Yurik Mxitaryana 8:0 hesabı ilə qalib gəlib.

51 kq-da çıxış edən Əli Seyidəlili isə yarımfinalda macarıstanlı Peter Totoka uduzub – 0:5. O, sabah bürünc medal görüşünə çıxacaq.

Exit mobile version