AUT.AZ

Rəqib tapa bilmir

Amerikalı ağır çəkili Deontey Uaylder növbəti rəqibinin kim olacağını bilmir.

Aut.az xəbər verir ki, buna baxmayaraq, o, avqust və ya sentyabrda rinqə çıxacağına ümid edir.

“Bir çox məsələləri həll etməliyik, kimin döyüşə hazır olduğuna qərar verməliyik. Çoxlu maliyyə problemləri var. Bütün bunları həll etməliyik, amma ümid edirəm ki, uğur qazanacağıq. Azarkeşlərin mənim döyüşümü avqustda, ən geci sentyabrda görmələrini istəyirəm”, – Uaylder deyib.

Əvvəllər Deonteyin Endi Ruislə döyüşəcəyi gözlənilirdi, lakin tərəflər hələ danışıqlar aparmır.

Aut.az

Exit mobile version