AUT.AZ

“Qəbələ” baş məşqçisi ilə müqavilənin müddətini uzatdı

“Qəbələ” klubu baş məşqçisi Elmar Baxşıyev və köməkçiləri ilə müqavilənin müddətini uzadıb.

Aut.az xəbər verir ki, 43 yaşlı mütəxəssis, həmçinin köməkçilər Xaqani Məmmədov və Rasim Ramaldanov, qapıçı məşqçisi Vüqar Məmmədovla yeni anlaşma daha iki il müddətinə nəzərdə tutulub.

Xatırladaq ki, Baxşıyev 2019-cu ilin sentyabrından “Qəbələ”nin sükanı arxasındadır. O, başa çatan mövsümdə komanda ilə Azərbaycan Kubokunun qalibi olub.

Exit mobile version