AUT.AZ

Lalə bəyəndiyi futbolçuların adlarını açıqladı

Bədii gimnastika üzrə Rusiya yığmasının liderlərindən biri Lalə Kramarenko ÇSKA- Rusiya Kubokunun finalında qazandığı qələbə ilə bağlı təəssüratlarını bölüşüb.

Aut.az xəbər verir ki, CSKA kubokun finalında “Krasnodar”ı məğlub edib (əsas vaxtda 1:1, penaltilərdə 6:5).

“Penalti seriyasının son zərbəsində ata İqoru dəstəkləyərək artıq qapının arxasında oturmuşdu. Çox emosional idi. Bütün ailə narahat idik! Allah eləsin ki, gələn il ÇSKA ölkə çempionu olsun!”

CSKA-nın qapıçılar üzrə məşqçisi Dmitri Kramarenkonun qızı olan Lalə komandada bəyəndiyi futbolçuların da adlarını açıqlayıb:

“Atam kluba gəldiyi andan şüurlu şəkildə CSKA-nı izləməyə başladım. Kubokda qazanılan qələbə mənim üçün indiyədək ən parlaq hadisədir. Ən çox sevdiyim oyunçular Kirill Nababkin, Anton Zabolotnı və təbii ki, İqor Akinfeyevdir.

Bir idmançı kimi dəlicəsinə çalışqandır. Atam hər zaman bunu deyir. Ailəsi onu həmişə dəstəkləyir, oyunlara hazırlayır. Bu çox vacibdir. Sadə dillə desək: Akinfeyev əfsanədir və çoxları üçün nümunədir”.

Aut.az

 

 

Exit mobile version